Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

ABŞ bu ölkədə vahid komandanlıq yaradır

Yaponiya və ABŞ hərbçiləri birgə böyük təlimlərə başlayıblar

ABŞ regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yarada bilər.

Yenixeber.org: Bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq razılaşmaya dair maddə tərəflərin Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatında yer ala bilər.

"Yeni struktur Yaponiyadakı 55 min ABŞ əsgərinin operativ komandanlığı funksiyalarına keçəcək. Bu funksiyalar indi Havaydakı ABŞ-ın Hind-Sakit Okean Komandanlığına həvalə edilib", - məlumatda bildirilib.

Nəşr qeyd edib ki, həm ABŞ Silahlı Qüvvələrində, həm də Yaponiya Özünümüdafiə Qüvvələrində belə komanda strukturlarının yaradılması sülh dövründə birgə təlimlərin və münaqişələr zamanı birgə əməliyyatların planlaşdırılmasının təkmilləşdirilməsi məqsədi daşıyır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam