Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Yeni yaradılan ixtisasda neçə nəfər təhsil alacaq? -Nazir müavini CAVABLADI

 

“Ümumi tələbə qəbulu yerlərinin təxminən 25%-ni texniki və texnoloji ixtisas qrupu üzrə ayrılan ixtisaslar təşkil edir”. 

Yenixeber.org xəbər verir ki, bu sözləri “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, hər il bu ixtisas qrupu üzrə tələbə qəbulu yerlərinin sayı artır. 20 minə yaxın tələbə növbəti ildə bu ixtisas qrupu üzrə təhsil alacaq.

“Bütün ölkələr üzrə göstəriciləri nəzərə alsaq, ali təhsilin bakalavriat səviyyəsində təxminən 153, magistratura səviyyəsində isə 129 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir”.

Nazir müavini bu il ilk dəfə olaraq ali təhsilin bakalavriat səviyyəsində “Data analitikası” ixtisası üzrə tələbə qəbulunun aparılacağını açıqlayıb. Onun sözlərinə görə, növbəti ildə təxminən 120 tələbə bu ixtisas üzrə təhsil alma imkanı əldə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam