Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir

 

Şimali Avropa və Baltikyanı ölkələr Azərbaycan və Ermənistanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edib.

Yenixeber.org xəbər verir ki, bu barədə qeyd olunan ölkələrin nümayəndələrinin Ermənistana səfərinin nəticələrinə dair Ermənistan XİN-in yaydığı açıqlamada deyilir.

"Onlar, həmçinin tərəflərin sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması səylərini dəstəkləyib, yaxın zamanda bu sazişi imzalayacaqlarına ümid etdiklərini bildiriblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 3-də Cənubi Qafqaza səfər çərçivəsində İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Estoniya, Litva və Latviya nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaqan Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan, həmçinin parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşlər keçiriblər.

Tərəflər Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək istəyini, həmçinin Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam