Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər

 

Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər.

Yenixeber.org xəbər verir ki, bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib.

"Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının artıq ən mühüm strateji ticarət marşrutlarından birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması məsələsi üzərində işləməyi razılaşdırıblar", - məlumatda qeyd olunub.

Kasım-Jomart Tokayev hesab edir ki, bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır.

"O, komissiya çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib", - məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam