Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq

 

Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir.

"Gələn həftə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bundan əlavə, təxminən 500 milyon ABŞ dolları kapitalı olan birgə İnvestisiya Fondu da vacib alətlərdən biridir. Fondun müşahidə şurasının çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihəni qeyd ediblər. Əməkdaşlığımız üçün əlavə institusional mexanizm kimi biz Özbəkistanda ticarət nümayəndəliyi yaradacağıq. Bu, Azərbaycanın dünya üzrə altıncı ticarət nümayəndəliyi olacaq və əlavə impuls verəcək", - E.Əliyev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam