Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb- FOTO

 

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin işi üzrə proses davam etdirilir.

Yenixeber.org xəbər verir ki, bugünkü iclasda onun barəsində həbs qətimkan tədbirinə yenidən baxılıb.

Sabiq nazir səhhəti ilə bağlı problemlərinin olduğunu və penitensiar müəssisədə tələb olunan gündəlik reabilitasiya prosedurlarından keçə bilmədiyini deyib. O, Gürcüstanda müalicəsi mümkün olmayan spesifik xəstəlikdən əziyyət çəkdiyini vurğulayaraq məhkəmədən bu halları nəzərə almağı xahiş edib.

Məhkəmə Burçuladze barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Qeyd edək ki, Burçuladze bu ilin sentyabrın 11-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittham olunur. Bu cinayət əməlləri 9 ildən 12 ilədək həbslə cəzalandırılır.

Xatırladaq ki, Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam