Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ukrayna ilə bağlı irəliləyiş var,... -RƏSMİ

Ukrayna ilə bağlı irəliləyiş var, Tramp bunu bacarır - Uitaker


ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün necə təzyiq göstərəcəyini bilir.

Yenixeber.org: Bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus” telekanalına açıqlamasında bildirib.

"Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə edirik. Prezident Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir ki, bu sövdələşməni imzalayıb irəliləməyə davam etsinlər. Bilirsiniz, mən optimistəm. Mən ümidliyəm", - o deyib.

Uitaker söyləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukrayna və Rusiyaya çoxmərhələli və mürəkkəb sazişin hazırlanmasına kömək edirlər.

O, həmçinin qeyd edib ki, nə vaxtsa Tramp sülh sazişinin mümkünsüz olduğuna qərar verə bilər:


“Bu halda ABŞ prezidenti sülh prosesindən geri çəkilə bilər”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam