Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ukrayna Rusiyanın Xəzər sektorundakı neft platformasına PUA-larla zərbə endirib

 

Ukrayna Xəzər dənizinin Rusiya sektorunda "Lukoil-Nijnevoljskneft" şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına uzaqmənzilli dronlarla zərbə endirib.

Yenixeber.org xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi Ukrayna Təhlükəsizlik Xidmətinin mənbələrinə istinadən xəbər verir.

"Dəniz platformasına ən azı dörd dəfə zərbə endirildiyi qeydə alınıb. Hücum nəticəsində platforma tərəfindən xidmət göstərilən 20-dən çox quyuda neft və qaz hasilatı dayandırılıb", - deyə mənbə bildirib.

Bu, Xəzər dənizində neft hasilatı ilə əlaqəli Rusiya infrastrukturuna ilk zərbədir.

Qeyd edək ki, Filanovskiy adına yataq Rusiyada və Xəzərin Rusiya sektorunda ən böyük kəşf edilmiş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qazdır. Hasil edilmiş məhsul Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam