Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Rusiyanın Xəzərdə neft platforması dronlarla vuruldu...

KİV: Ukrayna dronları ilk dəfə Rusiyanın Xəzərdə neft platformasına zərbə endirib
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Rusiyanın Xəzər dənizi sektorunda neft hasil edən platformanın işini dayanıb.

Yenixeber.org: Bu barədə “RBC-Ukrayna” ordudakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidmətinin uzaqmənzilli dronları “Lukoil-Nijnevoljskneft” şirkətinə məxsus “Filanovski” adına neft platformasına zərbə endirib.

Qeyd olunur ki, bu, Ukraynanın Xəzər dənizində Rusiya neft hasilatı infrastrukturuna endirdiyi ilk zərbədir.

Məlumata görə, dəniz platformasına azı dörd dəfə dəqiq zərbə endirilməsi qeydə alınıb. Hücum nəticəsində platformanın xidmət göstərdiyi 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb.

Bildirilir ki, “Filanovski” adına yataq Xəzərin Rusiya sektorunda kəşf edilmiş ən iri yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Hasil olunan məhsul Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xaricə ixrac olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam