Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir -YENİLƏNİB

 

"Taliban" rəhbərliyi Tacikistanla sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görməlidir.

Yenixeber.org xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçular sərhədi qanunsuz keçərək sərhəd məntəqəsinə hücum etməyə cəhd göstərib. Bu, son ay ərzində dövlət sərhədində üçüncü silahlı hücum hadisəsidir. Onlar sərhədçilərin təslim olmaq əmrinə tabe olmayaraq müqavimət göstəriblər.

"Döyüş əməliyyatı nəticəsində üç terrorçu öldürülüb. Onlardan silahlar, partlayıcı maddələr və döyüş sursatları müsadirə edilib. Sərhəd qoşunları "Taliban" rəhbərliyinin Tacikistan xalqından üzr istəyəcəyinə və sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görəcəyinə ümid edir", - qurumdan əlavə ediblər.

***

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

Bu barədə TASS Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər var.

Qeyd edək ki, Tacikistan və Əfqanıstan 1,3 min kilometr uzunluğunda ümumi sərhədə malikdir. Bunun 1,1 min kilometrdən çoxu su, təqribən 190 kilometri isə quru sərhədidir.

Əməliyyat nəticəsində Tacikistanın Əfqanıstanla həmsərhəd olan Xatlon vilayətinin Şamsiddin Şohin rayonunda sərhədi qanunsuz keçən üç terrorçu zərərsizləşdirilib. Tacikistan sərhəd xidmətinin iki əməkdaşı həlak olub.

Dövlət Komitəsindən bildirilib ki, hazırda Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam