Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib...

Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib  - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2026-cı ilin ilk günü münasibətilə paylaşım edib.

Yenixeber.org: Paylaşımı təqdim edirik:

“Əziz həmvətənlərim, bacı-qardaşlarım!

Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.

Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.

Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.

Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.

Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.

Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə,

Sizin MEHRİBAN”



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam