Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Etirazlar zamanı təhlükəsizlik əməkdaşı ölüb -7 nəfər saxlanılıb

İranın Loristan əyalətində yüksək inflyasiyaya qarşı keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda bir təhlükəsizlik əməkdaşı həlak olub, 7 nəfər isə saxlanılıb. İranda yüksək inflyasiya səbəbindən başlayan etirazlar dördüncü günündə davam edərkən ilk insan itkisi yaşanıb.

Yenixeber.org: Bu barədə NTV telekanalı məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı Emir Hüseyn Hodayarifər adlı təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb.

Etirazları zorakılığa sürükləməkdə ittiham olunan 7 nəfər saxlanılıb

İranda etirazları zorakılığa çevirməyə cəhd etdikləri iddia edilən 7 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Adının açıqlanmasını istəməyən mənbə əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə daxil olmasını təmin edən şəxslərin də müəyyən edilərək saxlanıldığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam