Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib- FOTO

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.

Yenixeber.org xəbər verir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.

Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.

Bu tibb ocağı 2023-cü ildə “Joint Commission International” (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam