Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatdırılacaq

 

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb.

"Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır", - Madiyev qeyd edib.

Məlumata əsasən, Xəzər dənizində dəniz-geoloji və mühəndis axtarış işlərinə 2025-ci ilin avqust ayında start verilib. Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılacaq xəttin maksimal ötürmə qabiliyyəti isə saniyədə 400 terabit təşkil edəcək. Bu infrastruktur Orta Dəhliz üzrə rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam