Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ağ Evin mətbuat katibini dəyişir -Yeni namizəd...

Tramp Ağ Evin mətbuat katibini dəyişir - Yeni namizəd açıqlandı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibini müəyyənləşdirməyə çalışır. Teleaparıcı Ben Ferqyuson bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.

Yenixeberorg.az: Bu barədə “Fox News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın mənbəsinin sözlərinə görə, Ferqyusonun adı Trampın bir çox şəxslə apardığı müzakirələrdə çəkilib və həmsöhbətlərinin əksəriyyəti bu namizədliyi yaxşı fikir kimi qiymətləndirib.

Digər mənbə isə bildirib ki, Tramp növbəti mətbuat katibinin kişi olmasını istəyir. Ben Ferqyuson da nəzərdən keçirilən namizədlər sırasındadır.

Bu vəzifəyə digər mümkün namizədlər arasında CNN telekanalının müxbiri Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq, “Breitbart” media qurumunun rəhbəri Metyu Boyl və ABŞ-ın keçmiş prezidenti Corc Buşun (kiçik) administrasiyası dövründə Ağ Evin mətbuat katibi olmuş Ari Fleyşer də var.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi artıq bir neçə aydır vakantdır.

Avqust ayında Kerolayn Livitt ailəsi ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək istefa verib. Daha sonra onun yerinə Keti Zaxariya təyin edilib. Lakin o, bu vəzifədə cəmi beş gün çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam