Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Xalqa müraciət edəcək...

Paşinyan xalqa müraciət edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi dərc olunmazdan əvvəl xalqa müraciətlə çıxış edəcək. Sənədin mətninin isə yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Yenixeberorg.az: Bu barədə “Azadlıq” radiosunun erməni xidməti öz mənbələrinə istinadən məlumat yayıb.

Bu gün jurnalistlərə keçirdiyi brifinqdə Ermənistan Milli Assambleyasının vitse-spikeri Vahan Aleksanyan yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində dərc olunacağını bildirib. Bununla belə, o, sənədin açıqlanacağı konkret tarixi deməyib.

“Formatla bağlı əlavə məlumat veriləcək. Əminəm ki, hər şey şəffaf olacaq”, – deyə vitse-spiker qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan və Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabr ayında dərc olunacağını bildirmişdilər.

Qeyd edək ki, bu ayın əvvəlində Paşinyan müxalifət deputatlarına təzyiq göstərmək niyyəti ilə bağlı danışarkən bunun mümkün mexanizmlərini də açıqlamışdı. O, hakimiyyətin, məsələn, parlament binasının qarşısında aksiya təşkil edə biləcəyini və bununla müxalifət deputatlarını yeni Konstitusiya layihəsinin lehinə səs verməyə məcbur edə biləcəyini bildirmişdi.

Xatırladaq ki, Azərbaycan tərəfi rəsmi İrəvan qarşısında şərt qoyub ki, iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməli, Müstəqillik Bəyannaməsində yer alan qonşu ölkələrə ərazi iddiası aradan qaldırılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam