Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib

Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib.

Yenixeberorg.az: Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.

Həmçinin qeyd edilib ki, 2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək. Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam