Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Bəlkə də Qarabağ Ermənistanın bir hissəsini təşkil etmir, ancaq…” –Erməni kəşfiyyatçı

 

“Qarabağ sadəcə muxtar respublikadır. Bəlkə də Ermənistanın bir hissəsini təşkil etmir, ancaq Ermənistanın bir hissəsidir. Qarabağ sakinlərinin Ermənistan pasportu var, eyni pulu istifadə edirlər, bankları eynidir, hər şey eynidir, indi Qarabağ muxtardır”.

Yenixeber.org:  Bunu Ermənistanın ilk kəşfiyyat-diversiya dəstəsinin yaradıcılarından hesab olunan Vova Vardanov bildirib.

Onun sözlərinə görə, adətən siyasi bəyanatları şərh etməsə də, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını şərh edəcək.

“Qarabağ Qars vilayəti və Van kimi Ermənistanın bir hissəsidir, sadəcə bizim əlimizdə deyil”, – deyə o Paşinyanın təxribatçı bəyanatını bir az da bəzəyib.

Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poğosyanın sözlərinə görə isə, bu gün Azərbaycan hazırkı vəziyyətdə hərbi əməliyyatlara başlamır, çünki müxtəlif hesablamalarla – texnikadan tutmuş informasiya müharibəsi və dünyanın reaksiyasına qədər nəzərə alıb.

“Azərbaycan Ermənistan və Qarabağ birliyinin parçalanmasını nə zaman görsə, həmin an əməliyyatlara əl atacaq, bu, hərbi, informasiya və iqtisadi baxımdan olacaq”,– deyə Poğosyan bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam