Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Siyahıya düşməyən YAP-çı deputatlar:  “Bundan sonra ömrümü nəvələrimə həsr edəcəm”

Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərini təsdiq edib.

Yenixeber.org: Ancaq siyahıda beşinci çağırış Milli Məclisin üzvü olan YAP-çılardan bir çoxunun adı siyahıda yoxdur. Siyahıda adı olmayanlar bunlardır:

Bahar Muradova

Rövnəq Abdullayev

Cavid Qurbanov

Xanlar Fətiyev

Şəmsəddin Hacıyev

Mirkazım Kazımov

Əsabil Qasımov

Yaqub Mahmudov

Rafiq Məmmədhəsənov

Dilarə Cəbrayılova

Sona Əliyeva

Arif Rəhimzadə

Tahir Süleymanov

Ağacan Abıyev

Kamran Bayramov

Nəriman Əliyev

İlham Əliyev

Mirzəcan Xəlilov

 

YAP-ın siyahısında adı olmayan bir neçə keçmiş deputatın mövqeyini öyrənməyə çalıdıq:

 

Beşinci çağırış Milli Məclisin deputatı olmuş Mirzəcan Xəlilov deyib ki, YAP siyahısında xeyli sayda gənclər var:

 

“Ölkəmizin öz siyasəti var. Necə məsləhət görürsə, elə də olmalıdır. Gənclərə qapı açılıb. Hesab edirəm ki, hər şey yaxşı olacaq. Vaxtilə məsləhət olmuşdu mən də YAP-ın namizədləri sırasından deputat seçilmişdim. Bu gün isə kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam. Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.

 

Beşinci çağırış Milli Məclisin deputatı olmuş Mirkazım Kazımov isə bundan sonrakı ömrünü nəvələrinə həsr edəcəyini bildirib:

 

“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyini verdiyi şəxslərə heç bir etirazım yoxdur. Gənclər öndə olsa daha yaxşı olar. YAP rəhbərliyi sağ olsun ki, zamanında mənim namizədliyimi irəli sürüb və mən deputat olmuşam. Mənimlə əməkdaşlıq etdiyinə görə YAP-a təşəkkürümü bildirirəm. Təqaüdçü adamam. Bundan sonra ömrümü  nəvələrimə həsr edəcəm”. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam