Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Zakir Həsənov - Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.

2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam