Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ərdoğandan sərt sözlər:Qurban vermək lazımsa, verəcəyik!

 

 

Bu gün Suriyada və digər bölgələrdə verdiyimiz savaşı, Allah göstərməsin, sabah Şırnaqda, Hatayda, Qazianteptə etmək məcburiyyətində qala bilərik. Çünki qarşımızdakı ssenarinin hədəfi Suriya deyil, Türkiyədir.

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. O bildirib ki, Suriyada istədiklərini alanalar sabah silahlarını Türkiyəyə doğru yönəldəcək:

“PKK-nın 1984-cü ildə həyata keçirdiyi terror hadisələrində nə qədər insan itirdiyimizi unutmamalıyıq. Bu gün Suriyada xüsusi hazırlıq görmüş terrorçuların sayı 60 minə yaxındır. Biz əgər Suriyadakı mübarizəmizi başa çatdıra bilməsək, həmin terrorçuların çoxu ölkəmizə yönələcək. Bu baxımdan bizim Suriyada terrora qarşı apardığımız mübarizənin hər birimizin gələcəyi üçün olduğunu hər kəs görməli və qəbul etməlidir”.

Ərdoğan “Türkiyənin Suriyada nə işi var?” deyənlərə də cavab verib:

“Mən də bizə bu sualı verənlərə sual verirəm: Nə edək, terrora təslim olaq? Ölkəmizə düşmən olan bir rejimə boyun əyək? Vətənimizin bütövlüyünə göz dikənlərin önündə diz çökək? Suriyadakı insanların gedəcək bir evi, Türkiyələri var. Bəs bizim gedəcək yerimiz varmı? Kimlərsə ağlından ABŞ-ı, Avropanı keçirə bilər, amma siz də bilirsiniz ki, oradan bizə vətən olmaz. Buna görə də birlikdə ölkəmzə sahib çıxmalıyıq. Bunun üçün nəyi qurban vermək lazımdırsa, verəcəyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam