Redaktor seçimi
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Günün xəbəri

İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər?

 

 

Britaniyalı alimlər itlərin iybilmə köməyilə koronavirusu aşkarlaya bilib-bilməyəcəyini sınayırlar.

Yenixeber.org: Bunu “Medical Detection Dogs” xeyriyyə təşkilatı açıqlayıb.

Məlumata görə, mütəxəssislər ev heyvanını 6 ay sürəcək təlimlərə hazırlamağa başlayıblar. Bundan öncə həmin təşkilatın əməkdaşları köpəkləri xərçəng, Parkinson xəstəliyi, malariya və bəzi bakterial infeksiyaları iybilmə ilə müəyyən etməyə öyrədə bilmişdi.

“Prinsip etibarı ilə, itlərin COVID-19-u aşkarlaya biləcəyinə əminik. Məqsədimiz köpəklərin açıq-aşkar simptomları olmayan xəstələrdə belə koronavirusu aşkarlaya bilməsidir”, - təşkilatın təsisçi və baş direktoru Kler Gest bildirib.

K.Gestin sözlərinə görə, bu üsul nəinki virusun daha tez müəyyən edilməsinə yol açacaq, həm də testlərə xərclənən vəsaitlərin də azalmasına səbəb olacaq.

Bundan başqa, London Məktəbinin professoru Ceyms Loqan bildirib ki, respirator xəstəliklərinin daşıyıcılarında müəyyən bədən qoxusu olduğuna görə köpəklərin onlarda virusu aşkarlama ehtimalı yüksəkdir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam