Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı-FOTO

 

 Azərbaycanda koronaviorusa (COVİD-19) yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb.
Yenixeber.org: Həmin şəxs 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızıdır. Belə ki, aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu müəyyən edilib.

Daha sonra o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:

"Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam