Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Avropa İttifaqı-böyük işsizlik dalğasına düçar ola bilər

 

Yaxın vaxtlarda Avropa İttifaqının 27 üzv ölkəsində 30 milyondan artıq adam iş yerlərini itirə bilər.

Yenixeber.org: Bu barədə keçirdiyi onlayn brifinqdə İttifaqın iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bildirib.

O, iş yerlərini itirən şəxslərin hazırda qismən məşğulluq vəziyyətində olduqlarını diqqətə çatdırıb:

“Təcili tədbirlər görülməsə, qismən məşğulluq tam bir işsizliklə əvəzlənə bilər. ABŞ işsizliklə bağlı vəziyyətin cəmi bir ay ərzində partlayışa düçar olduğunu bizə əyani göstərdi. Avropa belə bir şeyə yol verə bilməz”.

Komissarın fikrincə, hazırda gənclər (Avropa standartlarına görə 29 yaşadək) arasında işsizliklə mübarizəyə  başlıca diqqət yetirilməlidir. Belə ki, hazırda Avropa ölkələrində gənclər arasında işsizlik 50 faiz səviyyəsindədir.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurası koronavirus dövründə məşğulluğun dəstəyinə dair müvəqqəti mexanizmi (SURE) təsdiqləyib. Bu mexanizm çərçivəsində üzv ölkələrə 100 milyard avro məbləğində kreditlər veriləcək və həmin vəsait işçilərinin ən azı bir qismini işdən çıxartmaqdan çəkindirmək üçün işəgötürənlərə güzəştli kreditlərə sərf ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam