Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"The Guardian" qəzeti Ermənistandan yazıb - Dezinformasiya yayırlar…


Böyük Britaniyanın və eləcə də dünyanın ən böyük media orqanlarından biri olan “The Guardian” qəzetinin veb-səhifəsində Ermənistanla bağlı məqalə yayımlanıb.
Yenixeber.org: Məqalədə ABŞ hökumətinin Ermənistanda koronavirus pandemiyası haqqında dezinformasiya yayan bir veb saytı maliyyələşdirdiyi bildirilir.

“The Guardian” yazır ki, ABŞ Dövlət Departamentinin maliyyə yardımı ilə fəaliyyət göstərən “medmedia.am” adlı  veb saytı insanları gələcək peyvənd proqramlarından imtina etməyə çağırır.
“Medmedia.am” saytında yer alan məqalələrdə “Covid-19”u saxta pandemiya adlandırılır. Saytda yer alan yazılarda qeyd olunur ki, Ermənistanda ölən şəxslərin ailələrinə pul təklif olunur və bundan sonra ölüm səbəbi kimi yalandan koronavirus göstərilir.
“Medmedia.am” saytı Erməni Gənc Həkimlər Birliyi adlı bir təşkilat tərəfindən qurulub.
“The Guardian” qəzeti məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə sual ünvanlayıb.  Dövlət Departamenti ayrılan qrantın həcmi və ya onun araşdırılması prosesi ilə bağlı sualları şərh etməkdən imtina edib.
ABŞ-ın Ermənistandakı səfirliyinin veb-saytında yerləşdirilən bir yazıda isə Demokratiya Komissiyasının Kiçik Qrant Proqramı çərçivəsində Ermənistandakı QHT-lərə 50 000 dollara qədər qrant ayrıldığı qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam