Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Rusiya və Çin demokratiyanı sarsıtmaq istəyir” - Avropa İttifaqından sərt bəyanat

Avropa İttifaqı (Aİ) internet platformalarını koronavirus pandemiyası ilə bağlı dezinformasiyalarla mübarizəni gücləndirməyə çağırıb. Aİ Çin və Rusiyanı demokratiyanı sarsıtmaq, öz imiclərini isə yaxşılaşdırmaq məqsədilə təbliğat kampaniyası aparmaqda ittiham edir. 

Yenixeber.org: İttifaqın pandemiya ilə bağlı iyunun 10-da açıqlanmış siyasət sənədində deyilir:

“Xarici oyunçular və müəyyən üçüncü ölkələr, xüsusilə də Rusiya və Çin Avropa İttifaqında, öz qonşuluqlarında və qlobal miqyasda COVID-19 ətrafında hədəfli nüfuz əməliyyatları və dezinformasiya kampaniyaları aparırlar. Bu iki ölkə demokratik debatları gözdən salmağa, ictimai qütbləşməni gücləndirməyə və COVID-19 kontekstində öz imiclərini yaxşılaşdırmağa çalışırlar”.

Sənəddə qeyd olunur ki, pandemiya, “dezinformasiyaların təkcə bizim demokratiyalarımızın sağlamlığına deyil, həm də vətəndaşlarımızın sağlamlığına ziyan vurduğunu göstərib”. Ziyanlı dezinformasiyalara misal olaraq təmizlik işləri üçün nəzərdə tutulmuş xlorun içilməsinə və ya əllərin yuyulmasının vacib olmadığına dair məsləhətlər göstərilir.

Aİ Google, Facebook və Twitter kimi sosial platformaların milyonlarla azdırıcı reklamları silməsini təqdir edir. Lakin Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jourova jurnalistlərə deyib ki, sosial media nəhəngləri saxta xəbərlərin qarşısının alınması üçün gördükləri işlər barədə hər ay hesabat verməlidirlər. O əlavə edib ki, sosial media platformaları ictimaiyyət nümayəndələrinin də saxta xəbərlərə qarşı mübarizədə iştirakına imkan yaratmalıdırlar.

Bütün dünyada koronavirusa indiyədək 7.6 milyon insan yoluxub. COVID-19 xəstəliyindən 412 min nəfər vəfat edib. Bu ölümlərdən 180 mini Avropada baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam