Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyanın İrandakı səfirliyi-Terror cəhdi xəbərini təkzib etdi

 

 Rusiyanın İrandakı səfirliyi baş konsulluqda terror aktına cəhd planları haqqında məlumatları şayiə adlandırıb.

Yenixeber.org: Bu barədə RİA “Novosti” xəbər verib.

"Səfirlik yoxlanılmamış şayiələri şərh etmir", - agentliyin müsahibi deyib.

Daha əvvəl İranın IRIB dövlət teleradio şirkəti informasiya mənbəyini göstərmədən bildirib ki, lideri İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılmış "Tondar" təşkilatı Rusiyanın Rəştdəki baş konsulluğunda terror aktı planlaşdırıb. IRIB terror aktının nə vaxt planlaşdırıldığını açıqlamayıb.

Bu məlumat İranın İnformasiya (Kəşfiyyat) Nazirliyinin "Tondar" təşkilatının lideri Cəmşid Şarmahdın tutulması haqqında bildirdikdən sonra yayılıb. Nazirliyin məlumatına görə, təşkilat ABŞ-dan idarə edilib və bir sıra terror aktları həyata keçirib, eləcə də İranda bəzi əməliyyatlar planlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam