Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezident “Hökumət buludu” ilə bağlı fərmanda dəyişiklik etdi –Nazirliyə tapşırıq verildi

Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Yenixeber.org: Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq etsin.

2. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1010) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.3-cü bənddə “bu Fərmanın 8.1-ci bəndində qeyd edilən” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi” sözləri ilə əvəz edilsin;

2.2. 8.1-ci bənd ləğv edilsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam