Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

XİN: -Azərbaycan Türkiyənin bütün addımlarını qətiyyətlə dəstəkləyir

XİN: Azərbaycan Türkiyənin bütün addımlarını qətiyyətlə dəstəkləyir

Yenixeber.org: Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

- Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlaması barədə nə deyə bilərsiniz?

- Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir.

Bu xüsusda, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir. Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam