Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ATƏT-in Minsk Qrupu bəyanat yayıb- TƏFƏRRÜAT

ATƏT-in Minsk Qrupu bəyanat yaydı – ƏTRAFLI

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Fransadan Stefan Viskonti, Amerika Birləşmiş Ştatlarından Endryu Şofer və Rusiya Federasiyasından İqor Xovaev) bəyanat yayıb.

Yenixeber.org: Həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Carbonier ilə məsləhətləşmələr aparıblar.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Bütün iştirakçılar işlərini həyata keçirmək üçün beynəlxalq humanitar təşkilatların tam və maneəsiz çıxışının vacibliyini vurğulayıbar.

BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin son konstruktiv görüşü fonunda həmsədrlər Azərbaycanın bir erməni hərbçisini azad etməsini alqışlayıblar, həmçinin mümkün deeskalasiya və humanitar tədbirləri müzakirə ediblər.

Həmsədrlər görüşməyə hazır olan Prezident Əliyev və Baş nazir Paşinyanın açıq bəyanatlarını alqışlayıblar. Onlar tərəflərlə belə bir görüşün şərtlərini və detallarını müzakirə etməyi səbirsizliklə gözlədiklərini və bu prosesdə növbəti addımları müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfər etməyə hazır olduqlarını bir daha bəyan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam