Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

BMT Baş Assambleyasının sessiyası başlayıb-Ukrayna ilə bağlı

       BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyası öz işinə başlayıb.

Yenixeber.org: Sessiya Baş Assambleyanın Prezidenti Abdulla Şahidin sədrliyi ilə keçirilir.

Sessiyada çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın BMT Nizamnaməsində əks olunan prinsipləri pozduğunu bildirib.

Diplomat Rusiyanın Şərqi Avropadakı hərəkətlərini və hərbi güclənməsini Birinci və İkinci Dünya müharibələrinin başlaması ərəfəsində Avropada baş qaldıran böhranlarla müqayisə edib.

O, BMT-yə üzv olan 193 dövlət və beynəlxalq təşkilatlara ədalətin bərqərar olması ilə bağlı çağırış edib: “Bizə BMT-nin və beynəlxalq ictimaiyyətin sürətli, konkret və qətiyyətli addımları lazımdır”.

Kuleba problemin yalnız qarşılıqlı diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Sessiyanın proqramında Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin də çıxışı nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam