Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Trampdan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

               

                    Donald Tramp nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib.
Yenixeber.org: Sabiq prezident jurnalistlə söhbətində deyib ki, "III Dünya Müharibəsindən ehtiyatlanmaq lazımdır".
Onun fikrincə hər şeyə səbəb Bayden komandasının səriştəsizliyidir.
Jurnalistin "Ukraynada baş verənlər nüvə müharibəsi ilə nəticələnə bilərmi? Sadə amerikalılar həqiqətən də bundan qorxurlar" sualına Tramp belə cavab verib:
"Bəli. Və onlar doğrudan da qorxmalıdırlar. Çünki ölkəmizi səriştəsiz insanlar idarə edir, açıq desək, onlar saxta seçkilər nəticəsində hakimiyyətə gəliblər. Təhlükə ciddidir.
Dünyada vəziyyət heç vaxt indiki qədər təhlükəli olmayıb. Obama və Baydenin səriştəsizliyi Rusiyanı Çinlə yaxınlaşmağa məcbur etdi. Yadınızdadırsa, əvvəllər hamının tez-tez təkrarladığı bir fikir var idi ki, heç bir halda Rusiya ilə Çinin yaxınlaşmasına imkan vermək olmaz.
Onları bir-birinin qucağına atmaq olmazdı, amma elə belə oldu. Rusiya ilə Çin yaxınlaşdı. İndi İran da bu qrupa qoşulub. Bütün bunlar çox təhlükəlidir. Ölümcül təhlükəli!".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam