Partlayışlar Moldovaya keçdi...-FOTO

Moldovanın separatçı Dnestryanı bölgəsinin Tiraspol şəhərində dövlət təhlükəsizlik nazirliyinin binasında silsilə partlayışlar baş verib.
Yenixeber.org: Tiraspolda yerləşən binanın pəncərə və qapıları sınıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
TSV-nin bildirdiyinə görə, separatçı bölgənin daxili işlər nazirliyinin rəsmiləri binanın naməlum şəxslər tərəfindən qumbaraatanlardan atəşə tutulduğunu bildiriblər. Hadisə yerində tərk edilmiş qumbaraatanların şəkli göstərilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.(TSV)









AZ
RU