"İstefa haqda şayiə yayanlar qulaqlarının dibini görərlər"-RƏSMİ
Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefasına dair yayılan məlumatlara aydınlıq gətirib.
Yenixeber.org: Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.
O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.
Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, ki, hər il Baş nazirin istefasını istəyərək, növbədənkənar seçkilər keçirilməsini tələb etmək absurddur.(“Sputnik Armenia”)









AZ
RU