Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə pilotsuz helikopterlər alır-FOTO

 

 

Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və yüklərin çatdırılması üçün istifadə olunacaq dörd pilotsuz helikopter alacaq. 

Yenixeber.org: Məlumata görə, süni intellektə malik ilk helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizəyə cəlb olunacaq. Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat var, çünki burada tez-tez kürd yaraqlılarına qarşı əməliyyatlar aparılır.

Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir. 

Qəzet helikopteri yaradan “TITRA” şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz helikopter hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.

Şirkət, həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir. Pilotsuz helikopterin çəkisi 250 kq-dır. O, 8 saat havada qala və 6,5 km hündürlükdə uça bilir.(“Milliyet”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam