Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Rusiya ordusu 39 yaşayış məntəqəsini atəşə tutub-ölənlər var

                          Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub.

Yenixeber.org: Donetsk və Luqansk vilayətlərində 60-dan çox mülki obyekt dağıdılıb və zədələnib.

Nəticədə azı 14 dinc sakin həlak olub. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin 50 yaşayış binası, xəstəxana, dəmiryolu vağzalı, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası atəş nəticəsində ziyan çəkib.

Qeyd edək ki, bu gün Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı əməliyyatların intensivliyini artırdığı barədə məlumat yayıb.

“Ukrayna müdafiə qüvvələri güclü müqavimət göstərə bilir. Bununla belə, Rusiya Silahlı Qüvvələri artilleriya bölmələri sayəsində müəyyən lokal uğur əldə edə bilib. Hazırda Rusiyanın əsas səyləri Severodonetsk xəttini ələ keçirməyə yönəlsə də, bu, sadəcə Donbası ələ keçirmək məqsədinin tərkib hissəsidir”, - məlumatda bildirilir.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam