Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır-Ermənistanda

       Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır.

Yenixeber.org: Bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.

“İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə çatdırılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”, - o deyib.

Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”.

O, iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur.

“Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”, - Saqatelyan əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam