Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukrayna tezliklə özüyeriyən haubitsalar alacaq:vəd verildi

Ukrayna əsgərlərinin Almaniyada “Panzerhaubitze 2000” özüyeriyən haubitsalarında təlimi “yaxın gələcəkdə” başa çatacaq.

Yenixeber.org: Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext “Bild” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, silahlar yalnız bu halda Ukraynaya çatdırıla bilər. Lakin o, ağır artilleriyanın nə vaxt və necə verləcəyini açıqlamayıb.

Hazırkı statusa görə, Almaniya Bundesverin ehtiyatlarından Ukraynaya yeddi özüyeriyən haubitsa verə bilər.

Bundan əlavə, hökumət ABŞ-la birlikdə Ukraynanın olduqca ehtiyac duyduğu reaktiv yaylım atəşli raket sistemlərinin çatdırılması üçün hazırlıqlarını başa çatdırıb.

Almaniya daha əvvəl Ukraynaya “Gepard”özüyeriyən zenit qurğuları, “Panzerhaubitze 2000” haubitsaları, “İris-T” zenit sistemlərinin və “Mars” reaktiv raket qurğularının tədarük ediləcəyini açıqlamışdı.

Lakin Ukrayna tərəfi bu vaxta qədər həmin silahları ala bilmədiklərindən şikayətlənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam