Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib-FOTO

          Gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olduğu bildirilib

Yenixeber.org: Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb. Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam