Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ermənilər də bu yolu bağladılar -FOTO

                   Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar.
Yenixeber.org: Bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz "Facebook" səhifəsində yazıb.

Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam