Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Almaniyada iranlı terrorçular yaxalandı – FOTOLAR+VİDEO

Almaniyada iranlı terrorçular yaxalandı –    FOTOLAR+VİDEO
Almaniyanın Kastrop-Rauksel şəhərində iki nəfər terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Yenixeber.org: Onlardan biri 32 yaşlı İran vətəndaşı, digəri onun qardaşıdır.

Qardaşlar hazırladıqları terror aktında sianid və risin zəhərli maddələrindən istifadə etməyi planlaşdırırmışlar.
Hər iki maddə çox təhlükəli olduğundan, polis əməliyyatı xüsusi müdafiə kostyumunda həyata keçirib. Tapılan kimyəvi maddələr araşdırılmaq üçün müsadirə olunublar.


“Bild” məlumat verir ki, terror hazırlığı haqda informasiyanı Almaniya hökumətinə “dost ölkələrdən birinin kəşfiyyatı” ötürüb. Böyük ehtimalla, söhbət ABŞ-dan və FBI-dan gedir.
Yerli ekspertlər terror aktının dini motiv daşıdığını istisna etmirlər.


Versiyalardan birinə görə, zəhərli maddələr birbaşa Almaniyanın deyil, qonşu ölkələrdən birinin - məsələn, Fransa və ya Belçikanın ərazisində tətbiq etmək üçün əldə oluna bilərdi. Bu ehtimalın fonunda istər-istəməz “Charlie Hebdo” jurnalının İranın ali dini rəhbəri haqda dərc etdiyi karikaturalar yada düşür.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam