Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi bu tarixdə açıqlanacaq

Türkiyə müxalifəti prezidentliyə vahid namizədini fevralda açıqlayacaq
Müxalifət fevralda Türkiyədə keçiriləcək prezident seçkilərində vahid namizədini açıqlayacaq. Bu barədə “Hürriyet” qəzetinin köşə yazarı, hökumət dairələrinə yaxın olan Abdulkadir Selvi deyib.
Yenixeber.org: "Prezidentliyə ümumi namizədin, seçki ittifaqının formasının və altı liderin mandatının birgə elanı fevralda planlaşdırılır", - köşə yazarı bildirib.
Türkiyənin altı əsas müxalifət partiyasının liderləri indi qarşıdan gələn seçkilərlə bağlı məsləhətləşmələr aparır. Artıq birinci görüşdən sonra onlar ölkənin “gücləndirilmiş parlament idarəetmə sisteminə” keçidi ilə bağlı memorandumun hazırlandığını bəyan ediblər.
Türkiyədə növbəti ümumi seçkilər - həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib. Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlamışdı.
Xatırladaq ki, Ərdoğan seçkilərin daha erkən tarixə - 2023-cü ilin iyunundan may ayına keçirilməsini istisna etmədiyini bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam