Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Yaponiyadan Rusiya ilə bağlı qadağa

yaponiya-bu-mallarin-rusiyaya-ixracina-qadaga-qoydu

Yaponiya hökuməti Rusiya Federasiyasına bir sıra malların ixracına qadağa qoymaq qərarına gəlib.

Yenixeber.org: Bu barədə Yaponiya İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qadağan olunmuş mallar siyahısına hava şarları, planerlər, mühərriksiz uçuş aparatları və onların komponentləri, paraşütlər, təyyarələr üçün əyləc sistemləri, yerüstü aviasiya hazırlığı üçün avadanlıqlar, pilotsuz uçuş aparatları üçün komponentlər və pilotsuz uçuş aparatlarının özləri, sualtı və hava çəkilişi üçün xüsusi optikalar, kompaslar və naviqasiya avadanlığı daxildir.

Yaponiya hökuməti Rusiyaya polad və alüminium məhsulları, istilik qazanları, generatorlar və optik liflərin ixracını qadağan edəcək. Siyahıya uşaq velosipedləri, oyuncaqlar, oyuncaq modelləri və maketləri və pazllar da daxildir.

Tədbirlər aprelin 7-də qüvvəyə minəcək.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam