Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ABŞ Gürcüstanın 4 hakiminə sanksiya tətbiq edib

ABŞ Gürcüstanın yüksək vəzifəli 4 hakiminə sanksiya tətbiq edib
       ABŞ Dövlət Departamenti Gürcüstanın dörd yüksək vəzifəli hakiminə sanksiya tətbiq edib.
Yenixeber.org: Bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, departament hakimlər – Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadzeyə korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə sanksiya tətbiq edib.
Qərara əsasən sözügedən hakimlərin və onların birinci dərəcəli ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib.
Açıqlamada bildirilib ki, adıçəkilən şəxslər məhkəmə sədrləri və Gürcüstanın Ali Ədliyyə Şurasının üzvləridirlər və onlar vəzifələrindən sui istifadə edərək qanunun aliliyinə, Gürcüstanda ictimaiyyətin məhkəmə sisteminə olan inamına xələl gətiriblər.
“ABŞ demokratiyanın dəstəklənməsi və qanunun aliliyi ilə bağlı gürcülərin yanındadır və cavabdehliyin təşviqi üçün ictimai vəzifəsindən şəxsi mənfətləri naminə sui-istifadə edənlərin ifşasına davam edəcək. Biz tərəfsiz və müstəqil fəaliyyət göstərən bütün dürüst və cəsarətli hakimlərin yanındayıq”, - deyə bəyanatda bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam