Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Balasanyan sayıqladı -Qarabağa qayıdana qədər...

Ləğv edilmiş separatçı qurumun “təhlükəsizlik şurasının katibi”, hərbi cinayətkar Vitali Balasanyan Ermənistana gəldikdən sonra Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilib.

Yenixeber.org: Bu barədə Ermənistanın “24News” kanalı məlumat yayıb.

Kanalın iddiasına görə, istintaq Balasanyan və qohumlarının Azərbaycan-Ermənistan sərhədini necə keçmələrini öyrənməyə çalışıb.

Öz vasitəçilərini Ermənistan baş nazirinin hüzuruna göndərən separatçının Qarabağla bağlı sayıqlaması da diqqət çəkib:

“Balasanyan bir neçə dəfə dindirildikdən sonra Ermənistan Baş naziri Nikol Paşinyanla vasitəçi ilə əlaqə saxlayıb və bildirib ki, hakimiyyət dəyişikliyi prosesində iştirak etmək və siyasi proseslərə qarışmaq niyyətində deyil.

Balasanyan Paşinyana çatdırıb ki, Qarabağ erməniləri nə vaxtsa “hansısa status” və ya zəmanətlə Qarabağa qayıdana qədər susaraq Ermənistanda gözləyəcək. O, buna görə Ermənistan baş nazirindən rahat buraxılmasını xahiş edib.”

Kanal qeyd edir ki, Balasanyanın Ermənistana gəldikdən sonra publika qarşısında görünməməsi və susmasının səbəbi budur.

Separatçının “status və ya zəmanət” iddiasına gəlincə, artıq belə bir status və zəmanət var: Azərbaycan dövlətinin himayəsi və tərkibində Azərbaycan vətəndaşı kimi yaşamaq. Bunu qəbul edənlər indi burada yaşayırlar, etməyənlər də gediblər. Balasanyanın özü isə əvvəlcə törətdiyi cinayətlərin cəzasını çəkməlidir, hüquq qarşısında cavab verməlidir./Teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam