Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu səfir Böyük Britaniya XİN-ə çağırıldı-SƏBƏB

britaniya-xin-rusiya-sefirini-cagirdi

Bu gün Rusiya səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenixeber.org: Bu barədə Böyük Britaniya XİN-in mətbuat xidməti məlumat yayıb.

"Rusiyanın Böyük Britaniya ərazisində təşkil etdiyi mənfur fəaliyyətlə bağlı iddialardan, eləcə də Rusiya Federasiyasının digər suveren dövlətlərin ərazisində bu cür fəaliyyətə sponsorluqla bağlı şahidi olduğumuz davranışlarından dərin narahatıq. Biz Rusiyanı bu fəaliyyəti dərhal dayandırmağa çağırırıq və müttəfiqlərimizlə Rusiyadan gələn təhdidlərin tam spektrinin qarşısını almaq və müdafiə etmək üçün işləməyə davam edəcəyik", - Böyük Britaniya XİN-in sözçüsü bildirib.

Xatırladaq ki son günlərdə Rusiyaya casusluqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki britaniyalı şəxsə qarşı Londonda Ukrayna ilə əlaqəli kommersiya obyektində yanğın törətmək üçün başqalarını cəlb etmək də daxil olmaqla, Rusiyaya fayda gətirmək məqsədi ilə dövlətə (Britaniya red.) düşmənçilik fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam