Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar -Moskva Univermağında əməliyyat

Bakıda yerləşən Moskva Ticarət Mərkəzində (Moskva Univermağı) sexdə hazırlanan qızıl əşyalarının İtaliya və Türkiyə brendi adı altında satışını həyata keçirən sahibkarlara hökm oxunub.

Yenixeber.org: 1976-cı ildə Ağdam rayonunda anadan olmuş Səbuhi Hüseynovun (soyad şərti) Moskva Univermağının birinci mərtəbəsində yerləşən "ST Jewellery" adlı qızıl-zinət əşyalarının satışı məntəqəsi var. Səbuhi və univermağın ikinci mərtəbəsində yerləşən "Diamond" adlı ofisin sahibi, 15 avqust 1988-ci il təvəllüdlü Orxan Əliyev (soyad şərti) birlikdə orada hazırlanan qızıl əşyalarını Türkiyə və İtaliyada istehsal edilmiş original zərgərlik məmulatı adı ilə satıblar.

Hər iki sahibkar əvvəlcədən razılaşaraq "Diamond"in ofisində sexdə hazırlanan qızıl məmulatlarının yerli sexdə hazırlandığını deməyib və müştərilərə baha və original zərgərlik məmulatı adı ilə təqdim ediblər. Müştərilərdən biri bunu bilib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Hər iki sahibkar 1 ay 21 gün müddətində həbsdə saxlanıldıqları, zərərçəkmişə dəyən zərəri ödədikləri üçün Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə təqsirli biliniblər və 2000 manat miqdarda cərimə olunublar. Hər iki sahibkar barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam