Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu ölkələr arasında yeraltı tunel aşkarlandı -FOTO

Özbəkistan və Qazaxıstan arasında dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirildiyi yeraltı tunel aşkarlanıb.

Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Tashkent-Aero STK” şirkətinin əməkdaşları ilə birlikdə Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonu ərazisində yeraltı tunel aşkar ediblər. Hindistandan Qazaxıstana gətirilən dərman vasitələri transsərhəd cinayətkar qrupu tərəfindən bu tunel vasitəsilə Özbəkistana keçirilirmiş.

Müəyyən edilib ki, dərmanların növbəti çatdırılması Dehli-Daşkənd-Almatı reysi ilə həyata keçirilib. Daha sonra dərmanlar Sarıağaş rayonunun Dustlik kəndinə aparılıb, oradan uzunluğu 310 metr olan yeraltı tunel vasitəsilə Daşkənd vilayətinin Daşkənd rayonundakı məntəqəyə çatdırılıb.

Əməliyyat tədbirləri zamanı 17 048 ədəd dərman preparatının (albumin, remdesivir, meropenem və s.) qaçaqmalçılığının qarşısını almaq mümkün olub.

Qeyd olunur ki, Qazaxıstan ərazisindən yeraltı tunel 1975-ci il təvəllüdlü Urikzor sakininin bütün lazımi avadanlıqla, o cümlədən işıqlandırma və havalandırma sistemləri ilə təchiz olunmuş evinə aparırdı.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkar qrupun bütün üzvləri barəsində həbs-qətimkan tədbiri seçilib.(upl.uz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam