Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq
Təcridxanasının rəisi Cəlil Əliyevlə bağlı araşdırma aparılacaq.
Yenixeberorg.az: Əldə etdiyimiz məlumata görə, buna həmin təcridxanada saxlanılan
məhkumun şikayəti səbəb olub.
Şikayətdə qeyd olunub ki, vətəndaş rəis müavinləri İlkin Şirinov və Rasim adlı şəxs
tərəfindən rəis Cəlil Əliyevin xidməti otağının yerləşdiyi inzibati binanın qarşısına
gətirilib. İddiaya görə, bu zaman Cəlil Əliyev onu pəncərədən söyərək təhqir edib.
Daha sonra həyətə düşən C.Əliyev məhbusun ağzına və gözlərinə bibər qazı
vurulmasını tapşırmaqla yanaşı, onun başının arxasına rezin dəyənəklə zərbə
endirib.
Hadisədən sonra məhbus üzqırxanın ülgüc hissəsi ilə özünə xəsarət yetirib.
Şikayətlə əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işinin başlanmasını rədd
edilib. Şikayətçi bu qərarın ləğvi üçün məhkəməyə üz tutub. Xəzər Rayon
Məhkəməsi iddianı təmin edərək prokuorluğun rədd qərarını ləğv edib və işin tam,
hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə göndərib.