Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Gizli silah ustaları ifşa edildi

Rusiyada gizli silah ustaları – FTX 169-nu ifşa etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), Rusiya Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə əməkdaşlıq çərçivəsində ölkənin 53 bölgəsində 169 gizli silah ustasının fəaliyyətini dayandırıb.

Yenixeber.org: Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin oktyabr-noyabr aylarında Moskva, Sankt-Peterburq və Sevastopol şəhərlərində, eləcə də “dxr” və “lxr”də qanunsuz silah ustalarının ünvanlarında əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri aparılıb:

“Nəticədə qanunsuz dövriyyədən 378 ədəd yerli və xarici istehsallı odlu silah: 9 pulemyot, 81 avtomat, 27 tapança-avtomat, 88 tapança və revolver, 173 tüfəng, karabin və ov tüfəngi, eləcə də 32 qumbaraatan, 94 tank əleyhinə, piyada əleyhinə və minaatan minalar, 7 artilleriya mərmisi, 11 elektrik detonatoru, 703 qumbara, 52 kiloqramdan çox partlayıcı maddə (trotil və barıt), 223 mindən çox müxtəlif kalibrli patron aşkarlanıb. Silahları modernləşdirən və sursat istehsal edən 44 yeraltı emalatxananın fəaliyyəti dayandırılıb”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam